Dövlət İmtahan Mərkəzi dekabrın 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib.
Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, imtahan 2 saat 30 dəqiqə ərzində aparılıb.
“İmtahan prosesi təlimata uyğun şəkildə keçirilib, namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb”,-deyə qurumdan bildirilib.
Modern.az