İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov və komitənin mətbuat katibi Telman Mirzəyev 22 dekabr 2016-cı il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Təcridxanasında monitorinq keçiriblər.
Monitorinq zamanı təcridxananın mətbəxinə baxış keçirilib və yeməklərin keyfiyyəti yoxlanılıb.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsindən Modern.az-a verilən məlumatda bildirilib ki, DTX-nın Təcridxanasında saxlanılan təqsirləndirilən şəxslərə yüksək keyfiyyətli yeməklər, təzə meyvə tərəvəz və meyvə şirələri verilir.
Elşad Həmidov bildirib ki, o, təcridxanaya yeni gətirilmiş təqsirləndirilənlərin çoxu ilə görüşüb. Onların saxlanılma şəraiti ilə yaxından tanış olub. Təqsirləndirilən şəxslər heç bir şikayətlərinin olmadığını və onlara yaradılan şəraitə görə DTX rəhbərliyinə minnəttarlıqlarını bildiriblər.
Daha sonra isə Elşad Həmidov DTX rəhbərləri ilə görüşüb və onlarla fikir mübadiləsi aparıb.
Mirmahmud KAZIMOĞLU