Konyanın Ilğın rayonunda xəstələnməsi səbəbindən sahibi tərəfindən kəsilən dananın mədəsindən sellofon içində 100 və 200 manatlıq əskinaslardan ibarət olan min 900 lirə çıxıb.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, maldarlıqla məşğul olan İsmail Cesura məxsus iribuynuzlu heyvanlarından biri gecə qəfil xəstələnib. Cesur onu kəsmək məcburiyyətində qalıb.
İsmail heyvanın dərisini soyub parçalayan zaman heyvanın mədəsində bir torba olduğunu fərq edib.
Açdığı torbada pul olduğunu görən Cesur çaşıb qalıb.
Bir müddət sonra təmizlədiyi pulları sayan İsmail Cesur torbada 100 və 200 manatlıq əskinaslardan ibarət cəmi min 900 lirə olduğunu müəyyən edib.
Onun sözlərinə görə, pullar torba içərisində olduğu üçün zərər görməyıb.
Modern.az