Türkiyənin baş naziri Binəli Yıldırım Rusiyanın Ankaradakı səfirliyində Andrey Karlovun öldürülməsi ilə bağlı açılmış matəm kitabını imzalayıb.
Modern.az Rusiya KİV-nə istinadən məlumatına görə, baş nazir cinayəti törədənlərin layiqli cəzaların alacağını qeyd edib.
B.Yıldırım yazıb: “Bu mənfur qətllə ölkələrimiz arasında münasibətlərə zərər vurmaq istəyənlər öz məqsədlərinə çatmayacaq. Bu məsələdə təqsiri olanlar bir-bir aşkar olunacaq və layiqli cəzanı alacaq”.
Baş nazir A.Karlovun iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini və Türkiyə-Rusiya dostluğunun əbədi rəmzi olaraq qalacağını qeyd edib.
Modern.az