Modern.az

İstintaq səfirin qatilin FETÖ ilə əlaqəsinin izinə düşüb

İstintaq səfirin qatilin FETÖ ilə əlaqəsinin izinə düşüb

22 Dekabr 2016, 20:55

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatili Mövlut Altıntaşın təmasda olduğu şəxslərdən 8-nin FETÖ-çuların üstünlük verdiyi “ByLock” şifrəli məlumatların mübadiləsi proqramından istifadə etdiyi müəyyənləşib. Modern.az saytı “Anadolu” agentliyinə istinadən bildirir ki, istintaq beş polis əməkdaşının, habelə polis komissarı və onun müavininin “ByLock” proqramından istifadə etdiyini müəyyənləşdirib.

 

Hazırda qatilin qeyd olunan şəxslərlə əlaqələrinin xarakteri aydınlaşdırılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu