Modern.az

Şamaxıda qədim qəbirlər dağıdılıb - VİDEO

Şamaxıda qədim qəbirlər dağıdılıb - VİDEO

Aktual

22 Dekabr 2016, 21:09

Şamaxıda yerləşən qəbiristanlıqda köhnə qəbirlər bir gecənin içərisində yoxa çıxıb. Modern.az saytı xəbər verir ki, ARB ŞƏKİ-nin məlumatına görə, baş vermiş hadisədən xəbər tutan insanlar çox narahatdır.

Şikayətçi Zakir Abbasov deyir ki, baş verənləri sözlə ifadə etmək belə çətindir: "Sözlə ifadə edə bilmirəm, ürək ağrısı çəkirəm. Ona görə ki, tarixi abidələrimiz, nənələrimizin, babalarımızın qəbirləri dağıdılıb".

 

Hazırda 15-ə yaxın qəbirdən əsər-əlamət qalmayıb. Ərazidən götürülən daşlar başqa bir ərazidə yerləşdirilib. Bəziləri isə toplu şəkildə bir araya yığılıb.

 

"Belə getsə gəlib görəcəm ki, atamın da qəbiri yoxdur. Bunu heç düşmən də etməz"-, deyə şikayətçi vurğulayıb.

 

Qəbir daşlarının götürüldüyü yerdə isə inşaat işlərinə başlanılıb. Məlumata görə, həmin ərazidə yeni qəbir yerləri hazırlanır. Tikinti işi aparan şəxslə də əlaqə saxladıq. Həmin şəxsin sözlərinə görə, ailəsi üzvləri üçün yeni qəbir yeri götürüb və həmin zaman ərazi onsuz da boş olub. O ki, qaldı qəbir daşlarının götürülməsinə bu cür hörmətsizliyə yol vermədiyini iddia edir.

 

Əraziyə nəzarət edən Şamaxı bələdiyəsindən sözügedən hadisədən xəbərdar olduqlarını bildirdilər. Şamaxı bələdiyyəsinin işçiləri və Şamaxı Rayon İcra Başçısnın Şəhər nümayəndəliyi ilə birlikdə əraziyə baxış keçirilib və tikinti dayandırılıb.

 

Hazırda hadisənin kimlər tərəfindən törədildiyi araşdırılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər