Modern.az

Rusiyada ekstremist təşkilatının yeddi üzvü saxlanılıb

Rusiyada ekstremist təşkilatının yeddi üzvü saxlanılıb

22 Dekabr 2016, 21:23

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və DİN əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “Təbliği camaat” ekstremist təşkilatının yeddi üzvü saxlanılıb. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, Moskva bölgəsində saxlanılanlardan altısının Qırğızıstan, birinin isə Rusiya vətəndaşı olduğu bildirilir.

 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, saxlanılan şəxslər qruplaşmaya yeni üzvlər cəlb edərək onlarla “ideoloji maarifləndirmə” işi aparıblar. Həmin şəxslər sonradan Əfqanıstan və Pakistandakı təlim düşərgələrinə göndərilib.

 

 “Axtarışlar zamanı ekstremist məzmunlu ədəbiyyat, rabitə vasitələri və qruplaşmanın fəaliyyəti ilə bağlı hesabatların saxlanıldığı elektron daşıyıcılar aşkarlanaraq götürülüb”, - deyə məlumatda bildirilir.  

 

“Təbliği camaat” ekstremist təşkilatının məqsədi Rusiyada xəlifət yaratmaqdır. Beynəlxalq terror təşkilatlarını dəstəkləyən qruplaşmaya əcnəbi vətəndaşlar başçılıq edir. 

 

Rusiya Ali Məhkəməsi 2009-cu ildə “Təbliği camaat” təşkilatının ölkədə fəaliyyətinə qadağa qoyub.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu