Modern.az

Stalinin nəvəsi evində gənc qızlarla əylənirmiş

Stalinin nəvəsi evində gənc qızlarla əylənirmiş

22 Dekabr 2016, 21:37

Bu gün Moskvada 81 yaşında  ürəyindəki problem səbəbindən qəflətən vəfat edən İosif Stalinin nəvəsi Yevgeni Cuqaşvilinin qonşuları onun həyat tərzi ilə bağlı maraqlı açıqlamalar veriblər. Modern.az Rusiya mediasına istinadən bildirir ki, qonşularından birinin sözlərinə görə, Cuqaşvili tez-tez evinə cavan qızları gətirərdi.

“Qızların 19-20 yaşı olardı, bir yerdə pivə içərdilər, pilləkəndə dayanıb qışqırardı: “Sən mənə pivə verərsənmi?” Qızlarla əylənərdi. Onları çox gətirərdi. Son illər bu vərdişini tərgitmişdi”, - qonşu qadın Snıtkina deyib.

O, əlavə edib ki, Cuqaşvili ilə uşaqlıqdan tanış idi: “Ancaq o vaxt demək olar heç kimlə ünsiyyət saxlamazdı. Stalinin nəvəsi son illər babasına bəraət qazandırmaq ideyasına nail olmaq istəyirdi. O, deyirdi ki, babasının zalım, qaniçən kimi imicinin yaranmasını Beriya edib”.

Digər qonşu Sergey Mixayloviçin sözlərinə görə, Cuqaşvili son illər xəstəlikdən əziyyət çəkib: “Ancaq həqiqətən babasının xatirəsini yaşatmaq üçün çox vaxt sərf edib”.

Onun fikrincə, Cuqaşvili cavan qızlara aşiq olsa da, ləyaqətli adam olub.

“Kitab yazıb, “Mənim müqəddəs babam”, kinoda babasının rolunu oynayıb. Normal, ləyaqətli adam idi. Mən onu da deyim: çox sadə yaşayırdı”, - qonşu vurğulayıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər