Modern.az

İki qurum arasındakı dava Binəqədi sakinlərini istiliksiz qoyub

İki qurum arasındakı dava Binəqədi sakinlərini istiliksiz qoyub

22 Dekabr 2016, 22:35

Bu il əvvəlki illərə nisbətən dekabr ayı daha şaxtalı keçir. Əhaliyə kommunal xidmətlər göstərən təşkilatlar belə şəraitdə gücləndirilmiş iş rejimində işləməli olsa da, əksi müşahidə edilir. Redaksiyamıza müraciət edən Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində yaşayan sakinlər bildirir  ki, yaşadıqları binaya istilik verilməsi dayandırılıb: “Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsindəki yaşayış binalarına istilik verilməsi dayandırılıb. Binəqədi rayonu A.Kunanbayev küçəsindəki 341 saylı qazanxananın rəisi bu gün gəlib qazanxananı bağlayıb ki, qaz yoxdu.  Onun sözlərinə görə, bu tapşırığı “Azəristiliktəchizat” ASC-nin rəhbərliyindən alıb. Problemlə bağlı sakinlər dəfələrlə Binəqədi rayon İcra Hakimiyyətinə də şikayət edib. Amma hec bir nəticə yoxdur. Ötən il də eyni vəziyyət olub. Problem isə “Azəriqaz”la “Azəristiliktəchizat”  arasında olan borc məsələsi ilə bağlıdır. Amma biz başa düşə bilmirik ki, iki qurum arasındakı münaqişəni vətəndaş niyə  həll etməlidir? Bəs dövlət orqanları hara baxır?”.

Sakinlər bildirir ki, sabah problemlə bağlı şikayət üçün Prezident Administrasiyasına müraciət edəcəklər.

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-dən münasibət öyrənə bilmədik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər