Modern.az

Paytaxtda qadının evi qarət edilib

Paytaxtda qadının evi qarət edilib

Aktual

23 Dekabr 2016, 00:53

Bakıda 57 yaşlı qadının evindən külli miqdarda oğurluq edilib. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 92 A ünvanında qeydə alınıb.

Belə ki, ev sahibi, 1959-cu il təvəllüdlü Mehparə Qoçuyeva evdə olmadığı vaxtda naməlum şəxs və ya şəxlər qapının kilidini sındıraraq içəri daxil olub. Evdə olan 2000 manat, 3 500 ABŞ dolları və 3 000 manat dəyərində qızıl-zinət əşyaları, o cümlədən mobil telefon oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər