Modern.az

Xaçmazda YANĞIN: 1 ölü

Xaçmazda YANĞIN: 1 ölü

Aktual

23 Dekabr 2016, 09:38

Xaçmazda baş verən yanğın nəticəsində 1 nəfər ölüb.

Bu barədə Modern.az-aFövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

Xaçmaz rayonun Çılğır kəndində vətəndaşa məxsus ümumi sahəsi 132 m2 olan birmərtəbəli 2 otaq, aynabənddən ibarət evin və ümumi sahəsi 22 m2 yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

 

Yanğının kəşfiyyatı zamanı ev sahibi 1953-cü il təvəllüdlü Hüseynov Ağahüseyn Hidayət oğlunun meyiti aşkar olunaraq aidiyyatı qurumlara təhvil verilib.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər