Donald Tramp inaqurasiyası haqda danışıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp andiçməsi zamanı sadə insanları görmək istədiyini dilə gətirib.
Tramp 20 yanvarda kimləri inaqurasiyasında görmək istədiyini dilə gətirib.
“A” kateqoriyasından olan məşhurların hamısı inaqurasiyaya bilet almaq istəyir, amma onlar Hillari Klinton üçün nə ediblər, heç nə! Mən sadə insanları görmək istəyirəm” – deyə Tramp “Twitter” səhifəsində yazıb.
ABŞ seçkiləri zamanı şou-biznes ulduzlarının əksəriyyəti Trampı dəstəkləmişdi.
Vüqar İSMAYILOV