Modern.az

Sabah hava necə olacaq? - PROQNOZ

Sabah hava necə olacaq? - PROQNOZ

23 Dekabr 2016, 12:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gözlənilir. Gecə və axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.

Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-4° isti, gündüz  6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir. 

Atmosfer  təzyiqi normadan yüksək 774 mm civə sütunundan 768 mm civə sütununa enəcək. 

 Nisbi rütubət gecə 75-85 %, gündüz  60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin gündüz bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir.

 Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz  0-5° isti olacağı gözlənilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər