Modern.az

Narazı müştəri fahişəxananı atəşə tutdu: 6 ölü

Narazı müştəri fahişəxananı atəşə tutdu: 6 ölü

23 Dekabr 2016, 13:14

Braziliyada fahişəxanada kütləvi qətliam törədilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisəni San-Paulu şəhərində yerləşən “Leo Drink Bar” fahişəxanasına gələn 27 yaşlı Uilyam Roberto Ferreyra törədib.

 

Gecə saatlarında obyektə gələn Ferreyra həmişə ona xidmət göstərən fahişə ilə tək qalmaq istəsə də, fahişəxananın sahibi olan 71 yaşlı Leonildo Lyusindo onun başqa müştəri ilə məşğul olduğunu deyib.

 

Emosiyalarına hakim ola bilməyən Ferreyra avtomobilinə gedərək oradan tapançasını götürüb və fahişəxanaya qayıdaraq onun sahibəsini, 3 fahişəni, mühafizəçini və daha bir müştərini qətlə yetirib.

 

Hadisə yerini tərk edən Roberto Ferreyranın axtarışları davam etdirilir.

 

Vüqar İSMAYILOV   

 

 

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər