Modern.az

Bakıda deputat federasiya prezidenti seçildi

Bakıda deputat federasiya prezidenti seçildi

23 Dekabr 2016, 14:19

Bu gün Gənclər və İdman Nazirliyində Uşaq və Gənclər Futbol Federasiyasına yeni prezident seçkisi keçirilib. Modern.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, seçkidə nazir Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, şöbə müdiri Fərid Mansurov, Milli Məclisin deputatı Rauf Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov və digərləri iştirak edib.
 
Nazir Azad Rəhimov uşaq futbolunun inkişafının önəmindən danışıb. O qeyd edib ki, ölkədə yeniyetmələr və gənclər arasında bu idman növünə maraq hər zaman yüksək olub. Nazir bu səbəbdən uşaq futbolunun inkişafının önəmli rol oynadığını vurğulayıb.
 
Daha sonra səsvermə nəticəsində deputat Rauf Əliyev Uşaq və Gənclər Futbol Federasiyasına prezident seçilib.


Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər