Modern.az

Zakir Həsənov ön cəbhədə hazırlıqları yoxladı

Zakir Həsənov ön cəbhədə hazırlıqları yoxladı

23 Dekabr 2016, 16:15

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyəti müdafiənin ön xəttində yerləşən bölmələrdə olub və üzbəüz düşmən mövqelərini müşahidə ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, şəxsi heyətlə görüşən müdafiə naziri Zakir Həsənov hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb.

Müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, bölmələrimizin hazırlıq vəziyyəti və qarşı tərəf barədə ətraflı məruzə edilib.

Ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçuları qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramları münasibəti ilə təbrik edən general-polkovnik Zakir Həsənov Ali Baş Komandanın adından xidmətdə fərqlənənlərə medallar və mükafatlar təqdim edib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər