Modern.az

Putin Kürdüstan dövlətinin yaranmasından DANIŞDI

Putin Kürdüstan dövlətinin yaranmasından DANIŞDI

23 Dekabr 2016, 16:26

Vladimir Putin jurnalistlərlə mətbuat konfransı zamanı İraqın şimalında müstəqil kürd dövlətinin yaradılması ilə bağlı suala cavab verib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin “Kürdüstan 24” telekanalının əməkdaşının sualına konkret cavab verməyib.

 

“Rusiyanın kürdlərlə tarixi və isti münasibətləri var. Beynəlxalq terrorizmlə mübarizədə kürdlər önəmli pay sahibidirlər. Amma biz beynəlxalq hüququn tələbi əsasında çıxış edəcəyik və İraqın daxili işlərinə qarışmayacayıq”.

 

Bundan başqa, Rusiya prezidenti İosif Stalinin nəvəsinin vəfatı ilə bağlı suala cavab verməyib.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər