Rusiya prezidentinin sayca 12-ci mətbuat konfransı başa çatıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin 3 saat 50 dəqiqə ərzində 48 jurnalistin 67 sualına cavab verib.
Putinə sual vermək istəyənlər arasında 7 xarici KİV nümayəndəsi də olub.
Ümumlikdə, Putinlə mətbuat konfransı üçün qeydiyyatdan keçən jurnalistlərin ümumi sayı 1437 nəfər olub.
Vüqar İSMAYILOV