Modern.az

Gəncədə lisey kompleksinin təmirdən sonra açılışı olub

Gəncədə lisey kompleksinin təmirdən sonra açılışı olub

23 Dekabr 2016, 17:05

Əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilən məktəbin açılışında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, təhsil işçiləri, məktəbin müəllimləri, valideynlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

Açılış mərasimində çıxış edən məktəbin direktoru Knyaz Süleymanov bildirib ki, təhsil ocağı 2011-2012-ci ildə “İlin Məktəbi” müsabiqəsinin qalibi olub. Cari təhsil ilində tam orta məktəbdə 1172 şagird təhsil aldığını vurğulayan Knyaz Süleymanov qeyd edib ki, onlara 120 nəfər müəllim elm-bilik öyrədir.

Məktəbin 6-cı sinif şagirdi Rüqəyya Əliyeva təhsil ocağının əsaslı şəkildə təmir edərək istifadəyə verildiyi üçün ölkə rəhbəri İlham Əliyevə məktəb yoldaşları adından minnətdarlığını bildirib. Rüqəyya Əliyeva onlara göstərilən diqqət və qayğının qarşılığında dəsrlərini müvəffəqiyətlə oxuyacaqlarına və Vətənə layiqli olacaqlarına söz verib.

 

Məktəbin Valideyn komitəsinin sədri Fazil Nağıyev ölkə rəhbəri İlham Əliyevə fidan balalar üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib. Fazil Nağıyev qeyd edib ki, valideynlərin əsas arzusu övladlarının təhsil alaraq ölkəyə yararlı vətəndaş olmalarıdır. Açılış mərasimində çıxış edən müəllimlər, şagird və valideynlər yaradılan şəraitə görə ölkə başçısına və şəhər rəhbərliyinə minnətdarlıq bildiriblər.

 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vurğulayıb ki, dövlət proqramına uyğun olaraq 2016-ci ilin sonuna kimi Gəncədə daha 2 tam orta məktəb, 1 internat tipli məktəb, 2 körpələr evi uşaq baxcasının əsaslı şəkildə təmirdən sonra açılışı olacaq. İcra başçısı xüsusi vurğulayıb ki, Nizami yurdunda baş verən inkişaf Prezident İlham Əliyevin Gəncəyə olan diqqət və qayğısının bariz nümunəsidir.

Elmar Vəliyev məktəbin tikilişində iştirak edən işçi quvvəyə təşəkkürnamə və hədiyyələr verib. Şagirdlərin də iştirakı ilə məktəbin açılşını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra şəhər rəhbəri məktəb şagirdləri üçün yaradılan şərait və dərs prosesi ilə tanış olub.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər