Bakı Şəhəri üzrə Təhsil idarəsinin təşkilatçılığı ilə məktəb-valideyn əlaqələrinə həsr olunmuş tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Bakı şəhəri üzrə Təhsil idarəsinin müdiri Məhəbbət Vəliyeva, "Valideyn qayğısı" Beynəlxalq İctimai Hərəkatının sədri, Rusiya Federasiyası Federal Məclisi dövlət Dumasının Təhsil komitəsinin nümayəndəsi Klaa Şarafnovna Mansurovar, Latviyadan olan ekspert Valentina Voyçişa, valideynlər və KİV nümayəndələri iştirak ediblər.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyevanın sözlərinə görə, təhsil prosesi ilə yaxından məşğul olan valideynlərin övladları həmyaşıdlarından daha yaxşı nəticə göstərir.
“Valideynlərin övladlarının təhsilinə olan həssas münasibəti sagird nailiyyətinə müsbət təsir edir. Valideynlərin əksəriyyəti uşaqların təhsilinə kömək etmək istəyir. Amma hər kəs bunun necə olunmasını bilmir. Müəllim və valideynlərin qarşılıqlı anlaşması və onların bir-birini qarşılıqlı dəstəkləməsi uşağın inkişaf etməsi üçün əlverişli şərait yaradır.
Son illərdə valideynləri təhsil prosesini cəlb etmək və onların məktəblə əlaqələrini genişləndirmək üçün işlər görülür. Məktəb icmaları"nın yaradılması və digər müvafiq tədbirlər bu istiqamətdəki davamlı fəaliyyətin nəticəsidir".
Klara Şaraftovnan Mansurova " Təhsil eçlüyü: müəllim, şagird, valideyn" mövzusunda çıxış edib.
Seminar zamanı keçirilən "Valideynlik məktəbi" laboratoriyasısının əsas məqsədləri açıqlanıb.
Qeyd olunub ki, məktəbyaşlı uşaqlara iş baxımımdan valideyn yanaşmasının təkmilləşdirilməsi davamlı prosesdir.
Qafar Ağayev