Modern.az

“Nardaran işi”də növbəti məhkəmə iclasının vaxtı AÇIQLANDI

“Nardaran işi”də növbəti məhkəmə iclasının vaxtı AÇIQLANDI

23 Dekabr 2016, 18:33

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə, həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfər - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Modern.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər. Müdafiəçilər növbəti dəfə müvəkkillərinin məhkəmə iclasında iştiraklarının təmin edilmələri istəyiblər. Bundan başqa, vəkillər sənədlərin tədqiq edilmələri, hadisələr zamanı ölən polislərin hüquqi varislərinin məhkəməyə çağrılmaları, gəlməyəcəkləri halda məcburi gətirilmələri, hər iki polisin meyitinin ekskumasiya olunmalarını tələb ediblər. Daha sonra təsirləndirilən Ş.Abduləliyevin vəkili Zibeydə Sadıqov hüquqlarını müdafiə etdiyi şəxsin anasının yas məclisinə buraxılması barədə vəsatət qaldıdırb. Vəsatətlər təmin edilməyib.

 

Fasilədən sonra təqsirləndirilən şəxslər məhkəmə zalına gətiriliblər. T.Bağırov çıxış edərək ona məxsus olduğu deyilən kitabçanın araşdırılmasını tələb edib.Bundan sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 26-na təyin edilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər