Modern.az

Liviya təyyarəsini qaçıranlar təslim olub - YENİLƏNİB

Liviya təyyarəsini qaçıranlar təslim olub - YENİLƏNİB

23 Dekabr 2016, 20:14

Liviyanın sərnişin təyyarəsini Maltaya qaçıran şəxslər hakimiyyət orqanlarına təslim olublar. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Maltanın Baş naziri Cozef Muskat məlumat verib.

 

Baş nazir qeyd edib ki, ekipajın axırıncı üzvləri təyyarəni cinayətkarlarla birlikdə tərk ediblər. Bundan sonra Maltanın xüsusi xidmət orqanlarının əməkdaşları təyyarəyə daxil olublar və onun salonunu yoxlayıblar.

 

 

18:47

 

Liviyanın "Afriqiyah" aviaşirkətinə məxsus təyyarəni qaçıranlar "Əl-Fatih əl-Cədid" qruplaşmasına aid olduqlarını bəyan ediblər.

 

Bu barədə Modern.az xarici KİV-ə istinadən xəbər verir.

Təyyarəni qaçıranlar Liviyanın keçmiş lideri Muammer Qəddafinin oğlu Seyf əl-İslamın həbsxanadan azad olunmasını və özlərinə Avropa İttifaqı ölkələrindən birində siyasi sığınacağın verilməsini istəyiblər.

 

Qaçırılmış təyyarənin endiyi Maltanın hüquq-mühafizə orqanları hələlik bütün sərnişinlərin təyyarəni tərk etmələri barədə KİV-də yayılmış məlumatı təsdiqləməyib.

Liviyanın Baş naziri Cozef Muskat "Twitter"də 65 sərnişinin azad edildiyini xəbər verib.

 

KİV-in məlumatına görə, təyyarənin göyərtəsində olan 118 nəfərin əksəriyyəti Liviya vətəndaşıdır və təqribən 10 nəfər əcnəbidir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər