Modern.az

Parlamentdə iki deputat savaşdı: VİDEO

Parlamentdə iki deputat savaşdı: VİDEO

23 Dekabr 2016, 20:01

Ukrayna Ali Radasında deputatlar arasında növbəti münaqişə qeydə alınıb. Modern.az Ukrayna mediasına istinadən bildirir ki, heç bir fraksiya üzvü olmayan deputat Mixail Qolovko və onun “Pyotr Poroşenkonun Bloku”ndan olan həmkarı Pavel Kişkarun əlbəyaxa davasına bir neçə parlamentar da qarışıb.

 

Məlumatda qeyd edilir ki, hər şey Qolovkonun tribunada “Ukrqazdobıça” şirkətindəki vəziyyətlə bağlı çıxışı zamanı başlayıb. Kişkar yerindən qışqıraraq nəsə deyib, Qolovko isə mane olmamağı xahiş edib.

 

Mübahisə bununla bitməyib, Qolovko həmkarı tərəfə gedərək onun ünvanına xoşagəlməz fikirlər səsləndirib.

 

Kişkar Qolovkonun yalan danışdığını bildirib. Qolovko aralanıb gedəndə Kişkarın ünvanına bir neçə söz deyib. Bundan sonra Kişkar opponentin üstünə gedib. Bu vaxt iki deputat əlbəyaxa olsalar da, digər deputatlar tezliklə onları ayırıblar.

 

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər