Modern.az

Ümrə ziyarətinə gedən ilk qrup vətənə qayıdıb

Ümrə ziyarətinə gedən ilk qrup vətənə qayıdıb

23 Dekabr 2016, 20:21

Azərbaycandan bu il Ümrə ziyarətinə gedən ilk qrup vətənə qayıdıb. Modern.az saytı xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev “Report”a bildirib ki, Ümrə ziyarətinə gedən 70 nəfərin vəziyyəti yaxşıdır, sağlamlıqlarında heç bir problem yoxdur: "Hazırda Səudiyyə Ərəbistanında havanın temperaturu 26-30 dərəcə arasında dəyişir. Ziyarətə gedənlər səhhətləri ilə bağlı ciddi problem yaşamayıblar".

Onun sözlərinə görə, Ümrə ziyarətinə növbəti qrupun gələn il yanvarın 7-də getməsi nəzərdə tutulub.

Xatırladaq ki, Ümrə ziyarətinə gedənlərin əksəriyyəti yaşlı insanlar idi. Zəvvarların 60 faizi qadın, 40 faizi kişi olub. Bu ildən Ümrə ziyarətinə gedənlər xidmət səviyyəsindən asılı olaraq 1550, 2250, yaxud 2650 dollar məbləğində vəsait ödəyir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər