Modern.az

Almaniya miqrantlara qarşı qanunvericiliyi sərtləşdirə bilər

Almaniya miqrantlara qarşı qanunvericiliyi sərtləşdirə bilər

Aktual

23 Dekabr 2016, 21:37

Berlində törədilən terror aktından sonra Almaniyada təhlükəsizlik tədbirləri gücləndiriləcək. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel bəyan edib.

Angela Merkel qeyd edib ki, qanunvericiliyə dəyişikliklərin edilməsi və təhlükəsizliyin gücləndirilməsi üçün bütün lazımı addımlar atılacaq: “Xüsusi xidmət orqanları ilə yanaşı, daxili işlər və ədliyyə nazirlərinə tapşırmışam ki, bu hadisə təfərrüatlarınadək araşdırılsın və nəticələr barədə mənə məlumat verilsin”.

Qeyd edək ki, dekabrın 19-da Berlində baş verən terror aktının törədilməsində şübhəli bilinən Tunis vətəndaşı Anis Amri İtaliyanın Milan şəhərində atışma zamanı məhv edilib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər