Modern.az

Türkiyə ordusu 18 terrorçunu məhv edib

Türkiyə ordusu 18 terrorçunu məhv edib

23 Dekabr 2016, 22:15

Türkiyə Silahlı Qüvvələri “Fərat Qalxanı” əməliyyatı çərçivəsində terrorçulara növbəti zərbə endirib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Komandanlığı məlumat yayıb.

 

Məlumata görə, həyata keçirilən  hava əməliyyatı zamanı Suriyanın  Əl- Bab bölgəsində İŞİD terror qruplaşmasının qərargahı məhv edilib. Hava zərbəsi nəticəsində 18 terrorçu zərərsizləşdirilib.

 

Qeyd edilən hava əməliyyatından sonra İŞİD üzvlərinin böyük itki verməsi, çox sayda ölü və yaralının olması terrorçuların özləri tərəfindən də aralarındakı rabitə bağlantısı zamanı etiraf edilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU