Modern.az

Üç türk hərbçisi İŞİD-in əlindədir

Üç türk hərbçisi İŞİD-in əlindədir

23 Dekabr 2016, 23:26

Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi İŞİD-in əlindədir. Modern.az saytı xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Fikri İşık məlumat verib.

Fikri İşık  bildirib ki, bu barədə yayılan məlumatlar dəqiləşdirilir: “Hazırda 3 əsgərimizin İŞİD terror qruplaşmasının əlində olduğuna dair bizdə məlumatlar var. Bunu araşdırırıq, lakin digər bilgilər təsdiqini tapmayıb. Hazırda Azad Suriya Ordusu ilə birlikdə Əl-Babın ən kritik ərazisini İŞİD-dən təmizləmişik. Gələcəkdə görəcək çox işlərimiz var”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU