Brüsseldə partlayışın qarşısı alınıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, şəhərdə partlayıcı qurğu zərərsizləşdirilib. Belə ki, polisə Belçika Türk Assosiasiyasının binası qarşısında şübhəli əşyanın aşkarlanması ilə bağlı məlumat daxil olub.
Məlumata görə, müvafiq təxliyə tədbirlərindən sonra əldəqayırma partlayıcı qurğu yerindəcə zərərsizləşdirilib. Hadisə nəticəsində zərərçəkən olmayıb.
Brüssel polisi faktla bağlı araşdırmalara başlayıb.
Modern.az