Modern.az

ABŞ-da qazma qurğularının sayı 653-ə çatıb  

ABŞ-da qazma qurğularının sayı 653-ə çatıb   

24 Dekabr 2016, 00:13

ABŞ-da qazma qurğularının sayı həftə ərzində 16 ədəd artaraq 653-ə çatıb. Modern.az saytı xəbər verir ki, "Report"un "Baker Hughes" neft-qaz xidməti şirkətinə istinadən məlumata görə, neft buruqlarının sayı 13 ədəd (523-dək), qaz buruqlarının sayı isə 3 ədəd (129) artıb.

Digər buruqların sayı əvvəlki 1 ədəd səviyyəsində qalıb.

Kanadada qazma qurğularının sayı 10 ədəd artaraq 224-ə çatıb. Neft buruqlarının sayı 10 ədəd (106-ya qədər), qaz buruqlarının sayı isə 3 ədəd (113) azalıb. Digər buruqların sayı 3 ədəd artaraq 5-ə çatıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU