Modern.az

Həyət evi alarkən diqqətli olmaq lazım - VİDEO

Həyət evi alarkən diqqətli olmaq lazım - VİDEO

Aktual

24 Dekabr 2016, 00:26

Paytaxt sakini İsa Xəlilov 2013-cü ildə Cavanşir Əhmədov adlı şəxsdən 57 min dollara Binəqədi rayonu Xocasən qəsəbəsində sənədlə həyət evi alıb və tam təmir edib. Modern.az saytı xəbər verir ki, “Xəzər xəbər”in məlumatına görə, bir müddət sonra isə evdə çatlar əmələ gəlib və divarlar aralanmağa başlayıb.

 

Bu barədə evi satan şəxsə məlumat versə də, heç bir tədbir görülməyib. Evin gündən-günə daha da qəzalı vəziyyətə düşdüyünü görən İsa Xəlilov İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutundan mütəxəssislər dəvət edib. Məlum olub ki, evin bünövrəsi yoxdur. Ev torpağın üzərində tikilib və istifadə edilən materiallar da həddindən artıq keyfiyyətsizdir.

 

İnstitutun mütəxəssisləri tərəfindən evin qəzalı olması və yaşamağın mümkün olmaması barədə rəy verilib.

 

Zirzəmi də çox dar olduğu üçün ev sahibi onu qazaraq genişləndirib və bir hissəsinə beton tökərək möhkəmlədib.

 

Məsələ ilə evi satan şəxslərin mövqeyini öyrənmək mümkün olmayıb. Cavanşir Əhmədovun qardaşı İlqar əhmədov jurnalistləri hədələməklə kifayətlənib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər