“Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) əvvəlki kimi iqtisadiyyatını inkişaf etdirəcək və nüvə potensialını daha da möhkəmləndirəcək”.
Modern.az saytının xarici KİV-lərə istinadən məlumatına görə, bu haqda Şimali Koreyanın diktator lideri Kim Çen In bildirib.
Onun sözlərinə görə, dünyada yaranmış vəziyyət sübut edir ki, Şimali Koreya düzgün strateji mövqe tutub.
Şimali Koreya prezidenti bildirib ki, ölkəsi imperialist güclər tərəfindən sanksiyalara, təzyiqlərə məruz qalsa da, inkişaf edir.
Aqşin Kərimov