Modern.az

Balakəndə 2 yaşlı uşaq yanaraq öldü

Balakəndə 2 yaşlı uşaq yanaraq öldü

Aktual

24 Dekabr 2016, 11:39

Dekabrın 24-də saat 20 radələrində Balakən rayonunun Tülü kəndində yaşayan Səltənət Məmmədovanın evində yanğın baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra S.Məmmədovanın nəvəsi, 2 yaşlı Ramal Alagözovun yanmış meyiti tapılıb.

Hazırda araşdırma aparılır.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər