Modern.az

Putindən İlham Əliyevə TƏBRİK

Putindən İlham Əliyevə TƏBRİK

Aktual

24 Dekabr 2016, 12:32

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24- də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Modern.az Prezidentin Mətbuat Xidmətinə istinadən bildirir ki, Vladimir Putin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib. Eyni zamanda Azərbaycan xalqının firavanlığı və ölkəmizin inkişafı naminə ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezidentlər ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər.

Söhbət zamanı ikitərəfli əlaqələrin gələcək inkişafının müxtəlif istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər