Modern.az

İlham Əliyev Medevedevlə iqtisadi əməkdaşlığı müzakirə etdi

İlham Əliyev Medevedevlə iqtisadi əməkdaşlığı müzakirə etdi

Aktual

24 Dekabr 2016, 14:08

Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

 

Modern.az Prezidentin Mətbuat Xidmətinə istinadən bildirir ki, Dmitri Medvedev Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

 

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

 

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

 

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın Baş naziri Dmitri Medvedev iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər