Modern.az

Fransada yüksək səviyyəli terror təhlükəsi elan olundu

 Fransada yüksək səviyyəli terror təhlükəsi elan olundu

24 Dekabr 2016, 14:52

Fransada terror təhlükəsinin səviyyəsi yüksək olaraq qalır.

Modern.az saytının xarici KİV-ə istinadən məlumatına görə, bu barədə Fransa polisinin rəhbəri Jan-Mark Falkon deyib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Berlində baş vermiş hücum bu təhlükənin real olduğunu təsdiq edir.

Fransa polisinin rəhbəri Milad və Yeni il bayramlarında lazımi səviyyədə təhlükəsizlik tədbirlərinin qəbul olunacağını bəyan edib.

Qeyd edək ki, dekabr ayının ortalarında Fransa parlamenti ölkədə ötən il tətbiq olunmuş fövqəladə vəziyyətin 2017-ci ilin iyuluna kimi artırılması barədə qərar qəbul edib.

 

Modern.az

 

 

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU