Türkiyə hərbçiləri daha 68 İŞİD silahlısını məhv edib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, silahlılar Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi “Fırat Kalkanı” (“Fərat qalxanı”) anti-terror əməliyyatı nəticəsində zərərsizləşdirilib.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Əl-Bab şəhərində İŞİD-in 6 obyektinə havadan zərbələr endirilib: “Nəticədə 30 terrorçu, üç qərargah və üç minalanmış avtomobil məhv edilib. 141 artilleriya zərbəsi və bu ərazidə baş verən silahlı qarşıdurmalar nəticəsində daha 38 yaraqlı məhv edilib, onlara məxsus pilotsuz uçan aparat sıradan çıxarılıb".
Modern.az