“Məktəb direktorlarının muxtariyyəti daha çox olmalıdır. Akademik göstərici, fəallığın şəffaflığı, idaretmənin keyfiyyəti yüksək olan məktəblərə həmin hüququ ötürmək niyyətindəyik. Bu pilot layihə çərçivəsində, biz 50 məktəbə o hüququ verəcəyik”. Modern.az saytı xəbər verir ki, bunu 2016-cı təqvim ilinin yekununda təhsil naziri Mikayıl Cabbarov “Media ilə üz-üzə” verilişinə müsahibəsində bildirib.
Mikayıl Cabbarov bildirib ki, müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu ən uğurlu yol olduğu qənaətində deyil: “Çünki müasir məktəbin müəllimini həmin məktəbin müasir direktoru seçməlidir. Əgər müəllim imtahan verib biliyini təsdiqlədibsə , o, müasir məzmunlu pedaqoqikanı, psixologiyanı bilirsə artıq məktəb direktorunun hüququdur ki, onu seçsin. Qısa müddət ərazində bir sıra məktəblərə bu hüquq veriləcək”.
Modern.az