“Rusiya Federasiyasının göndərdiyi mütəxəssislərlə birgə müstəntiqlərimiz, prokurorlarımız dəqiqliklə araşdırma aparır. Xüsusi vurğulamaq istəyirəm ki, əməkdaşlıq güclü şəkildə həyata keçirilir”. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Siirt şəhərində çıxışı zamanı bildirib.
Nazir vurğulayıb ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı olan sui-qəsdlə bağlı çox önəmli məlumatlar əldə edilib: “Məsələ ilə bağlı detalları şəkildə açıqlama verməyim nəticəyə çatmaq üçün düzgün olmaz. Amma, onu deyə bilərəm ki, qatilin bütün xarici əlaqələri araşdırılır. İstintaq hərtərəfli istiqamətdə aparılır”.
Modern.az