Modern.az

250 mindən çox Cənubi koreyalı prezidentə qarşı çıxdı

250 mindən çox Cənubi koreyalı prezidentə qarşı çıxdı

Aktual

24 Dekabr 2016, 20:37

Cənubi Koreyada prezident əleyhinə yenidən mitinqlər keçirilir. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, yüz minlərlə insan küçələrə çıxaraq prezident Pak Kın Xe əleyhinə keçirilən mitinqə qatılıb. Məlumata görə, aksiyada 250 mindən çox insan iştirak edib. Onlar Konstitusiya Məhkəməsindən prezidentin impiçment haqda qərarın qəbulunu tezləşdirməyi tələb ediblər. Aksiya insidentsiz başa çatıb.

Qeyd edək ki, bu, prezident əleyhinə keçirilən doqquzuncu aksiyadır. Artıq iki aydan çoxdur, həftənin şənbə günləri yüz minlərlə insan dövlət başçısının istefası tələbi ilə mitinq keçirir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər