Polşa ASSM-ER tipli qanadlı raketlərin ölkəyə tədarükünə dair ABŞ-la saziş imzalayıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Polşanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, kontraktın ümumi dəyəri 235 milyon dollar təşkil edir.
Qeyd edək ki, ABŞ-ın istehsal etdiyi “hava-yer” sinfinə aid JASSM-ER qanadlı raket 980 km aralıda olan hədəfləri dəqiq vurma qabiliyyətinə malikdir.
Modern.az