Daha bir şəhər Hələbin taleyin yaşaya bilər. Modern.az saytı xəbər verir ki, İdlib daha şiddətli hücumların mərkəzi ola bilər. Bu səbəbdən sözügedən şəhərin ikinci Hələbə çevrilməsi istisna edilmir.
BMT-nin Humanitar İşlər üzrə koordinatoru Con Qingin sözlərinə görə, Hələbdən dinc sakinlərin təxliyə edilməsinə baxmayaraq Suriyada hələ də xaos yaşanır: “Suriyada 13.5 milyon insanın yardıma ehtiyacı var. 9 milyon insan aclıq təhlükəsi ilə üz-üzədir. 35 minə yaxın insan Hələbin şərqindən İdlibə köç edib. İdlibin taleyinin Hələb kimi olacağından narahatıq”.
Modern.az