Modern.az

İsrail BMT ilə münasibətlərini yenidən nəzərdən keçirəcək

İsrail BMT ilə münasibətlərini yenidən nəzərdən keçirəcək

25 Dekabr 2016, 00:57

“İsrail Birləşmiş Millətlər Təşkilatı ilə münasibətlərini yenidən nəzərdən keçirəcək”. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu bildirib.

Baş nazir buna səbəb BMT Təhlükəsizlik Şurasının İsrailin məskunlaşma fəaliyyətinə son qoyulmasını tələb edən qətnamənin qəbul etməsi olduğunu qeyd edib: “Mən XİN-ə BMT ilə bütün təmasları bir ay ərzində yenidən nəzərdən keçirilməsinə dair göstəriş vermişəm. Buraya BMT təsisatlarının İsrail tərəfindən maliyyələşdirilməsi və BMT nümayəndələrinin İsraildə olması kimi məsələlər də aiddir”.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası ötən gün İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edən qətnamə qəbul edilib.

 Sənəddə həmçinin qeyd edilir ki, tərəflər dinc əhaliyə qarşı zorakılıq aktlarının qarşısını almaq üçün addımlar atmalıdır, Fələstinin yekun statusu ilə bağlı etibarlı danışıqların başlamasına səy göstərməlidirlər.

Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib.

İsrail qətnaməni icra etməyəcəyini  bəyan edib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU