Modern.az

Rusiya Müdafiə Nazirliyinə məxsus "TU-154" təyyarəsi qəzaya uğrayıb (YENİLƏNİB)

Rusiya Müdafiə Nazirliyinə məxsus "TU-154" təyyarəsi qəzaya uğrayıb (YENİLƏNİB)

Aktual

25 Dekabr 2016, 10:00

 

Rusiya MN radardan itən təyyarənin göyərtəsində Aleksandrov adına ansamblın musiqiçilərinin və jurnalistlər olduğunu təsdiqləyib.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi “Tu-154” təyyarəsinin göyərtəsində hərbçilər, Aleksandrov adına ansamblın musiqiçiləri və 9 jurnalist olub.

 

Musiqiçilər Suriyanın Xmeymim aerodromunda Yeni il bayramı münasibəti ilə konsert proqrammı ilə çıxış etməyi planlaşdırıbmış.

 

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi  yerli vaxtla saat 05.40 (Bakı vaxtı ilə saat 06.40) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan qısa müddət sonra radardan itib. Təyyarədə 83 sərnişin və 8 heyət üzvü olub. 

 

***

 

08:32

 

Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Soçidən uçuş edərkən radarlardan itib.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə , təyyarədə 70-ə qədər insan olub. 

 

İlkin məlumata görə, təyyarə Suriyanın Latakiya bölgəsinə uçurmuş. Təyyarə havaya qalxdıqdan 20 dəqiqə sonra radarlardan itib. 

 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər