Modern.az

Prezidentin falçısı prokurorluğa çağırıldı

Prezidentin falçısı prokurorluğa çağırıldı

25 Dekabr 2016, 13:56

Cənubi Koreya prezidenti Pak Kın Xenin fala baxanı və məsləhətçisi sorğu-sual üçün xüsusi prokurorluğa çağırılıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Çxve Sun Sil rüşvətxorluğqda, mənimsəmədə və oğurlanmış pulları xaricə köçürməkdə şübhəli bilinir.

 

Xatırladaq ki, bundan əvvəl Cənubi Koreya parlamenti Pak Kın Xenin prezidentin yaxın rəfiqəsi olan Tsoy Sun Silin də iştirakçısı olduğu səs-küylü korrupsiya qalmaqalı fonunda vəzifəsindən uzaqlaşdırılmasının lehinə səs verib.

Mediadan məlum olub ki, qadın öz nüfuzundan istifadə edərək iri şirkətlərdən öz fonduna çoxmilyonlu ianələr köçürülməsinə nail olub.

Ölkədə yüz minlərlə insanıniştirak etdiyi mitinqlər səngimir. Nümayişçilər dövlət başçısının istefasını tələb edirlər.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU