İsrail Hayfa şəhərində neft emalı zavodunda partlayış olub. Modern.az saytı xəbər verir ki, zavodda yanacaqla dolu rezervuarlar alışmağa başlayıb. Güclü partlayış rezervuarlardan yanacağı tökmək cəhdi zamanı baş verib.
Hələlik təhlükəli maddələrin konsentrasiyasının havada artımı barədə məlumatlar yayılmayıb.
Modern.az