Çexiyada Avropanın ən çirkli adamı adlandırılan kişi vəfat edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, 62 yaşlı Lyudovik Dolejal KİV-in diqqət mərkəzinə bütün əmlakını yandırıb küçədə yaşamağa başlayandan sonra düşmüşdü.
O, hətta bir neçə dəfə avtomobil təkərlərini yandırmaqla yadda qalıb.
Çexiyalı kişinin dərisi özünü küllə bədənini sürtəndən sonra tam qaralıb. Məhz belə əcaib görünüşünə görə onu Avropanın ən çirkli adamı adlandırıblar.
Lyudvikə pul yardımı edilib, mer evsiz kişi üçün əhalidən yemək toplayıb.
Evsiz kişinin meyiti onun gecələdiyi köhnə fermada tapılıb. Lyudviqin ölümünün səbəbi hələ ki bilinmir.
Modern.az