Modern.az

Zakir Həsənov rusiyalı həmkarına başsağlığı verdi

Zakir Həsənov rusiyalı həmkarına başsağlığı verdi

Aktual

25 Dekabr 2016, 20:56

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasında "Tu-154" təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı verib. Modern.az saytı xəbər verir ki, başsağlığında bildirilir: "Rusiya Federasiyasının Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsinin qəzaya uğraması nəticəsində ekipajın, hərbçilərin, Aleksandrov adına mahnı və rəqs ansamblının üzvləri və digər mülki şəxslərin faciəvi şəkildə həlak olmaları xəbəri məni dərindən sarsıtdı.
Baş vermiş hadisə ilə əlaqədar həlak olanların ailələrinə, doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı verir və Sizinlə birlikdə onların dərdlərinə şərik oluram".

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər