Modern.az

Şəki sakini Yevlaxda toyda bıçaqlanıb

Şəki sakini Yevlaxda toyda bıçaqlanıb

Aktual

26 Dekabr 2016, 00:09

Şəki sakini Yevlaxda keçirilən toy məclisində bıçaqlanıb. Modern.az saytı xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, dekabrın 25-i axşam saat 22 radələrində rayonun Böyük Dəhnə kənd sakini, 1979-cu il təvəllüdlü  Azər Famil oğlu Əhmədov bədəninin sol qabırğaaltı nahiyəsinin kəsilmiş bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, 37 yaşlı A. Əhmədov Yevlax rayonunun Xaldan kəndində fəaliyyət göstərən şadlıq evində keçirilən toy məclisində nəməlum şəxs tərəfindən bıçaqlanıb. A. Əhmədova xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra xəsarəti yüngül olduğu üçün ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər