Modern.az

BANM-in professoru beynəlxalq konfransda çıxış edib

BANM-in professoru beynəlxalq konfransda çıxış edib

Aktual

26 Dekabr 2016, 10:32

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev Türkiyənin İstanbul şəhərində keçirilən  IV Beynəlxalq Enerji Texnologiyaları Konfransında iştirak edib.

Konfransın plenar iclasında BANM-in professoru “Mənfi  təzyiq effekti əsasında neftçıxarma sistemlərində  enerji qoruyucu texnologiyalar “ mövzusunda məruzə ilə çıxış edib. Məruzədə təqdim olunmuş nəticələr konfrans iştirakşılarının böyük marağına səbəb olub.

Professor Fuad Vəliyev, eyni zamanda təmsil etdiyi Ali Məktəb haqqında konfrans iştirakçılarına məlumat verib. Onun ümumilikdə, Azərbaycan haqqında, o cümlədən BANM-in tarixi, fəaliyyəti və inkişaf istiqamətləri haqqında verdiyi məlumatlar maraqla qarşılanıb. Ölkəmizə böyük maraq göstərən ayrı-ayrı universitetlərin nümayəndələri Ali Məktəblə elm və tədris sahəsində əməkdaşlıq etmək niyyətlərini ifadə ediblər.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər