Suriyaya uçan Tu-154 təyyarəsinin əsas qəzaya uğrama səbəbləri kimi pilotun səhvi yaxud texniki problemlərin olduğu bildirilir.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə nəqliyyat naziri Maksim Sokolov deyib.
O, terror aktı ehtimalının əsas versiya olmadığını deyib.
Xatırladaq ki, Tu-154M təyyarəsinin Soçi yaxınlığında Qara dənizə düşməsi zamanı 92 nəfər həlak olub. Onlardan 11-nin cəsədi artıq tapılıb.
Vüqar İSMAYILOV